USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Üçlükdən Bəhreynə dəstək

05.10.2018 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Bəhreynə 10 milyard dollar məbləğində uzunmüddətli faizsiz kredit verəcək.

"Kommersant.az" xəbər verir ki, Bəhreynə maddi yardım büdcə kəsirinin 2022-ci ilədək azaldılması proqramı üzrə həyata keçiriləcək. Proqrama eyni zamanda qeyri-səmərəli xərclərin azaldılmasına və qeyri-neft sektoru üzrə gəlirlərin artırılmasına yönəldilmiş islahatlar da daxildir.

10 milyard dollar 2014-cü ildə neftin qiymətinin düşməsinə görə Bəhreynin artan borcunun azaldılmasına və regionda siyasi, iqtisadi stabilliyi təmin etməyə yönəldiləcək.

  • Əvvəlki

    İstirahət günləri bu yollarda hərəkət dayanacaq - XƏRİTƏ, XƏBƏRDARLIQ

Digər xəbərlər

18.04.2025 İqtisadiyyat
Azərbaycan neftinin qiyməti bahalaşıb
0 0
18.04.2025 İqtisadiyyat
Bakının üç rayonunda qaz olmayacaq
0 0
18.04.2025 İqtisadiyyat
AMB-nin bu günə olan valyuta məzənnələri
0 0