ABŞ Prezidenti Corc Sorosu ittiham edib

05.10.2018 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp Soros Fondunun rəhbəri Corc Sorosu Ali Məhkəmə sədri vəzifəsinə namizəd irəli sürdüyü Bret Kavanoya qarşı etiraz aksiyalarına maliyyə ayırmaqda ittiham edib.

"Kommersant.az" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Twitter-dəki səhifəsində yazıb.

D.Tramp namizədliyi açıqlandıqdan sonra etirazçıların B.Kavanonun ofisinə hücum çəkdiyini misal gətirərək onları senatorları mənfi imicdə təqdim etmək üçün Soros və başqalarının tutduqları muzdlu peşəkarlar kimi səciyyələndirib.

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin binalarında hüquq-mühafizə orqanları tərəfindən 300-dən çox nümayişçi saxlanılmışdı.

report

  • Əvvəlki

    Bakıdan Misirə birbaşa reys açılacaq

Digər xəbərlər

22.03.2023 İqtisadiyyat
Buğda qiymətləri geriləyib
14 12
22.03.2023 İqtisadiyyat
Neftimiz bahalaşıb
11 3