USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki məşhur brend - bir möhtəşəm "Super GT" - FOTOLAR

15.10.2018 İqtisadiyyat
0 0
"DBS Superleggera" - bir deyil, iki tanınmış brendin yenidən canlanmasının göstəricisidir. "Aston Martin" ilk dəfə 1967-ci ildə "DBS" ilə işıq üzü görən bir simvol etiketini canlandırarkən, ‘’Tourig’’-in məşhur markası olan "Superleggera" yenidən bir daha ‘’Aston Martin’’-nin kapotunu bəzəyəcək. İlkin olaraq "DB4", "DB5" və "DB6 MARK 1" ilə əməkdaşlığa başlayan "DBS Superleggera" məşhur italiyan avtomobil yaradıcılarının tarixi sayılan yüngül konstruksiya texnologiyasına ehtiramla yanaşır.

"Kommersant.az" bu gün "Aston Martin" avtomobil markasının yeni "DBS Superleggera" modelinin təqdimatı keçirilib. Təqdimatda bildirilib ki, yeni "DBS Superleggera" "Aston Martin"in davamçısı olan "Super GT"-yə malikdir. Öz qaydalarına əsaslanaraq dünya birinciləri ilə mübarizə aparır. İncə şəkildə özündə heykəltəraşlıq elementləri daşıyan karbon fiber örtüklü panellərinin hazırlanmasında brend, yüksək indivudual stildən ilhamlanıb. "Aston Martin"in 5.2 litrli cüt turbo "V12" silindirli mühərriki epik performansa sadiq qalaraq, möhtəşəm güc, nəfəs kəsici idarə etmə torqu və qeyri-adi transmissiya performasına köklənib.

"Britaniya Marque"-nin (xüsusi avtomobil istehsal edən müəssisə) möhtəşəm yeni "Super GT" markası kimi "DBS Superleggera" tanınmış "Vanquash S"-i əvəz edir. Bu mübarizə üçün çox çətin bir hal olsa belə, biriləri bunu etmək məcburiyyətində idi. "725PS" ilə 900m fırlanma anı, maksimum sürət 211 mil və yüksək sürət ilə yalnız 3,4 saniyədə 0-62mph və 6,4 saniyədə 0-100mph-ə qədər arta bilən "DBS Superleggera" unudulmaz sürücülük təcrübəsi və 50-100mph ilə yalnız 4,2 saniyəyə transmissiyanın dördüncü pilləsinə qalxmağa nail olub.

İlkin olaraq dekorasiya və "Aeroblade" kimi innovativ aerodinamika konsepsiyaları "DB-11"-də görülüb və daha sonra təkmilləşərək "F1" ikiqat diffuzoru əlavə edilib. "DBS Superleggera" "VMAX"-da "Aston Martin" seriyası istehsalında ən böyük rəqəm hesab olunan 180-kqlıq yerə sıxılma gücü istehsal edir. Bu əhəmiyyətli artım heç bir gecikmə olmadan baş verir.

"DBS Superleggera"-nın ürəyi "Aston Martin"-in 5.2 litrlik cüt turbo "V12" mühərriki hesab olunur. Ağırlıq və çəki paylama mərkəzinin optimallaşdırılması üçün mümkün qədər aşağı və şassidən uzaq yerlər seçilib, bu yüksək performans sərgiləyən mühərrik 6500 dövr/dəq-də 725 at gücü və 1800-5000-dövr/dəq-dən 900nm istehsal edir. "V12"-nin aktivləşdirilməsi və effektiv klapanları olan dörd quyruq boruları ilə yeni bir egzoz (qazların xaric etmə sistemi) strategiyası ilə "DBS"-nin ətraflı qurulması "DBS Superleggera"-nın komanda və güclü səs xarakterinə malik olmasını təmin edir. Xüsusilə daha çətin dinamik rejimlərdə "Super GT" kimi incəlik və sükunət səviyyəsini qoruyub saxlayır.

"DBS Superleggera" açarsız giriş, şin təzyiqini yoxlama sistemi, "360% Parking Distance Display" və "Park Assist" kamerası kimi standart avadanlıqların ən yüksək səviyyəsinə malikdir. Audio sistemi özündə "DAB plus Bluetooth" audio və telefon, "iPod", "iPhone" və "USB" ilə qoşulma xüsusiyyətlərini birləşdirir. Avtomobil peyk naviqasiya sistemi və wi-fi ilə təchiz olunmuş mərkəzə malikdir. Avtomobilin daxilində mərkəzi toxunuşla idarə olunan "LCD" ekranını dəstəkləyən əyləncəli-informativ sistemlər mövcuddur.

"DBS Superleggera", flaqman statusuna sahib olduğu sayəsində, qabaqcıl vəziyyətinə uyğun olaraq, yüksək səviyyəli seçimlərin fərdiləşdirilməsinə görə geniş əhatəli bir sənətkarlıq xüsusiyyəti daşıyır. Həmçinin standart sayılan aromatik dəri və "Alcantra" döşəmə örtüyü ilə təchiz olunur. Bundan əlavə olaraq da "Sport Plus" oturacaqlarına və sükanına malikdir. İki təkər dizaynı arasında seçim mümkündür. Bunlardan standart sayılan ‘’Y’’ "Spoke Forged Wheel" və "Lightweight Twin Spoke Forged Wheel" təkərləridir. Hər ikisi 21 diametrli və "DBS Superllegera" üçün hazırlanmış "Pirelli" şinləri ilə təchiz olunub. "DBS Superleggera"-nın imicini əks etdirən xüsusi aspektlərini önə çəkmək məqsədi ilə, "Aston Martin" dizayn komandası tərəfindən xüsusi seçilmiş rəng və ümümi görünüş kimi dizayn xüsusuiyyətləri seçimləri də var.

Aydın və göz oxşayan zərif materiallardan istifadə edərək, interyer də öz növbəsində möhtəşəm dizayn ilə işlənib. Əsrarəngiz dəstəkləyici "Sports Plus" oturacaqları tam olaraq sizin rahatlığınızı təmin edir, "Sports Plus" sükanı isə bir başqa mükəmməllikdir. Avtomobil salonunda sürücünün diqqətinin cəlb edilməsi üçün xüsusi məlumat çərçivəsi də yerləşdirilib.

"Superleggera" prinsiplərinin müasir şəkildə təsvir edən "DBS Superleggera" alüminium çərçivə üzərində qurulub. "DB11", "DBS Superleggera"-nın dəstəklədiyi güc və çəki səmərəliliyi ilk olaraq yeni arxitekturanın təkamülü, avtomobilin karbon fiber gövdə panelləri tərəfindən dəstəklənir. Nəticə olaraq bu güclü və sərt bir quruluşdur, həm də "DBS11"-dən 72 kq daha yüngüldür, ümumi gövdə ilə 1693 kq təşkil edir.

Yeni "DBS Superleggera"-nın ən böyük hədəfi, sürücülərin bütün qabiliyyətlərini ortaya qoymaq imkanı yaradan və həyəcan verici "Super GT" yaratmaq idi. Buna nail olmaq üçün əsas diqqət güc və fırlanma anının əhəmiyyətli artımını təmin etmək, şəraitin imkan verdiyi halda təcrübəli sürücülərin istəklərini həyata keçirərkən güc və fırlanma anının istifadəsinə imkan yaradan, daha az təcrübəyə sahib sürücüləri qorxutmamaq məqsədi ilə şassi ilə təmin etməkdir. Mat Bekerin rəhbərliyi altında olan Nəqliyyat Vasitələrinin İstehsalı Mühəndisliyi "Aston Martin"in dinamik komandası ilə birgə bunu yaratmaq üçün əllərindən gələni ediblər.

Avtomobil ön hissədən "double wishbone" və arxa hissədən multi-link tipli asqı sistemi ilə təchiz olunub. Adaptiv söndürmə xüsusiyyətləri standart olaraq, avtomobildə idarə etmənin üstünlüyünü aşkar edən, həmçinin sürücünün tələblərini həyata keçirən sensordur. "DBS Superleggera"-nın geometrikası "DB11"-dən 5 mm aşağı olmaqla, ön və arxa asqılara tətbiq edilmiş geometrik əlavələrin köməyi ilə avtomobilin aerodinamikası və idarə etmənin effektivliyinin artırılmasına zəmin yaradıb.

Uzunluğa və yana doğru hərəkətə daha möhkəm nəzarət üçün mühərrikə hissə dəyişiklikləri edilib. Bu isə "V12" mühərriklərinin kütləsinin ilkin sükan reaksiyasını gücləndirmək və döngələrdən keçmə axıcı olaraq keçməyə və daha böyük həddə stabilliyi idarə etməyə imkan verir. Bu yeni qurğular şaquli vəziyyətdə saxlanılır və tormozlama xüsusiyyətləri sürüşmə zamanı rahatlıqla istifadə edilir və "DB11" modelinə yaxındır.

"Aston Martin"in dizayneri William Towns tərəfindən dizayn edilən "DBC", "DB6"-dan dramatik şəkildə uzaqlaşıb və markanın qabaqcıl modelini tamamlamaq üçün düşünülüb. "Aston Martin"in məşhur altı silindirli "Tadek Marek" mühərrikindən (hər ikisində daimi və daha güclü "Vantage") ilhamlanaraq aerodinamik 4 qapılı "DBS" modeli 1970-ci ilə qədər, "DB6" ilə bərabər 3 il ərzində davamlı olaraq istehsal edilib.

"Aston Martin"in daha aqressiv tərz və yüngül karbon fiberdən hazırlanmış karkaslı yeni "DBS"-i 6 litrlik, 510 at gücü "V12" mühərrikiylə gücləndirilib. Bu mötəşəm model saatda 190 sürət nümayişi, "Aston Martin"in yeni "Adaptive Damping Suspension" sensorlar vasitəsilə real vaxt rejimində təkərlər altındakı yolun nəzarətdə saxlanılması və karbon seramik əyləci ilə diqqəti cəlb edir.

Başlanğıcda 6 sürətli mexaniki ötürücü qutu təqdim edilib, lakin "DBS"-nin sonrakı versiyalarında isə mexaniki seçim və ya "TouchTronic 2" avtomatik yaradıldı. 2009-cu ildə "Aston Martin" "DBS Volante" - ilk üstü açıq modelini təqdim etdi. Mexaniki cəhətdən "Coupe" ilə eyni olmağı "Aston Martin" müştəriləri arasında dərhal məşhurlaşdı. İkinci nəsil "DBS" və "DBS Volanten"ın istehsalı 2012-ci ildə dayandırılıb.