Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır.
Bakıda havadakı kəskin iy-qoxunun səbəbləri müəyyən edilib
09.05.2018
İqtisadiyyat
0
0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mayın 4-8-də Bakının Xətai, Nizami, Səbail rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Kommersant.Az"a verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib.
Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub.
Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, "Ekol Mühəndislik Xidməti" QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi sözügedən zavod və "Ekol Mühəndislik Xidməti" QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib.
Digər xəbərlər
19.12.2025
İqtisadiyyat
Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Qevork Papoyan
0
0
19.12.2025
İqtisadiyyat
Belarus Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
0
0
18.12.2025
İqtisadiyyat
Avropa fond bazarları, Böyük Britaniya istisna olmaqla, müsbət tendensiyalar göstərir
0
0
18.12.2025
İqtisadiyyat
"Süni İntellektual Baloncuk" 2026-cı il üçün ən böyük riskdir - Deutsche Bank
0
0




.png)


















.jpg)









































