USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Masdar”la əməkdaşlıq ediləcək

17.10.2018 İqtisadiyyat
0 0
Bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədi ilə Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında Fəaliyyət üçün Çərçivə Sənədi imzalanıb.

Bu barədə "Kommersant.az"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sənədi Azərbaycan tərəfindən qurumun aparat rəhbəri Zaur Məmmədov, BƏƏ tərəfindən isə şirkətin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıb.

Energetika Nazirliyi "Masdar" şirkəti ilə koordinasiyalı fəaliyyət və tərəfdaşlıq əsasında Dövlət Özəl Tərəfdaşlığı layihələri qismində bərpa olunan enerji (günəş və külək) layihələrinin inkişafı və təmiz enerji texnologiyaları ilə bağlı təcrübə mübadiləsi üzrə əməkdaşlıq edəcək. Bununla yanaşı, əməkdaşlıq külək və digər bərpa olunan enerji üzrə layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə fəaliyyətləri də əhatə edəcək.

Qeyd edək ki, "Masdar" bərpa olunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir. "Masdar" BƏƏ daxil olmaqla, İordaniya, Mavritaniya, Misir, Mərakeş, Böyük Britaniya, Serbiya və İspaniyada bərpa olunan enerji layihələri həyata keçirib.