USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fövqəladə hallarla bağlı Fərmana dəyişiklik edildi

18.10.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Prezidenti “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Kommersant.az" müvafiq Fərmanın tam mətnini Azərtaca istinadən təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1102-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

"Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 494; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2304) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə "fövqəladə" sözündən sonra "və ya hərbi" sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı" üzrə:

2.1. adına "fövqəladə" sözündən sonra "və ya hərbi" sözləri əlavə edilsin;

2.2. 4-cü hissənin:

2.2.1. "Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı" sütununa "Azərbaycan Respublikasının" sözlərindən əvvəl "Fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində" sözləri, "komendantı" sözündən sonra ", hərbi vəziyyət şəraitində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin;

2.2.2. "Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü" sütununa "fövqəladə" sözündən sonra "və ya hərbi" sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2018-ci il."

  • Əvvəlki

    İqtisadiyyat Nazirliyinə əlavə səlahiyyətlər verildi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0