USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirə yenidən möhkəmlənəcəkmi?

22.10.2018 İqtisadiyyat
0 0
Türkiyə-ABŞ münasibətlərindəki dinamikliyi indiki halda Ankara üçün vacib olaraq qalır.

"Kommersant.az" xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyə iqtisadiyyatına müsbət psixoloji təsir göstərəcək:

"Bununla belə, Türkiyənin xarici ticarət dövriyyəsində təxminən 77 milyard dollara yaxın mənfi saldo var. Bunun da azaldılması vacibdir. Bununla belə, lirənin məzənnəsində kəskin bahalaşma gözlənilmir. Ancaq bazar Branson hadisəsinə psixoloji reaksiya verməyə başlayıb. Keşiş Bransonun azadlığa buraxılması lirənin məzənnəsində stabilliyə nail olunması baxımından vacib idi. Amma Türkiyə valyutasının məzənnəsində kəskin möhkəmlənmə inandırıcı deyil."