Kraliça "Brexit"dən danışdı

24.10.2018 İqtisadiyyat
0 0
Britaniya kraliçası İkinci Yelizaveta, "Brexit"dən danışıb.

"Kommersant.az" xəbər verir ki, "The Daily Mirror"un məlumatına görə, kraliça, Bukinqam sarayında keçirilən rəsmi ziyafətdəki çıxışı zamanı bildirib ki, Britaniya Avropa ilə yeni əməkdaşlıq üsulları axtarır:

"Avropa ilə yeni tərəfdaşlıq axtararkən, biz ümumi dəyərlər və qarşılıqlı öhdəliklər haqqında danışırıq, bu isə ən böyük dəyərdir".

Kraliça İkinci Yelizaveta, Niderland kralı Villem-Aleksandrla söhbəti zamanı isə bildirib ki, dəyişikliklərə baxmayaraq, ölkələr arasında güclü ittifaq mövcuddur.

Xatırladaq ki, 2017-ci ilin iyununda kraliça, Avropa İttifaqının (Aİ) bayrağının rəngində olan şlyapa geyinməklə ingilisləri təəccübləndirmişdi.