USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Messenger"in dizaynı sadələşdi

24.10.2018 İqtisadiyyat
0 0
"Facebook", "messenger"in dizaynını sadələşdirib.

"Kommersant.az" xəbər verir ki, proqram interfeysi, "iOS" və "Android" üçün daha asan və qısa olub. Belə ki, "messenger"in interfeysində yerləşən 9 pəncərədən yalnız üçü saxlanılıb-çatlar, insanlar və "Discover" bölməsi. İstifadəçi həmsöhbəti ilə çat, eyni zamanda qrup çatları üçün istənilən rəngi seçə biləcək.

Sosial şəbəkə nümayəndələrinin sözlərinə görə, onlar dizayn yeniliyini istifadəçilərin istəyinə əsasən reallaşdırıb. Məsələn, sorğuda iştirak edənlərin onundan yeddisi bildirib ki, onlar üçün "messenger"də əsas məsələ sadəlikdir. 62% respondent isə qeyd edib ki, məlumat mübadiləsi onlara özlərini dostlarına yaxın hiss etməyə kömək edir.