"Biz istiqamətimizi dəyişdirmirik, işimizi davam etdiririk".
Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Ə. Qarayev bildirib ki, turizm sənayesi artıq iqtisadi axınla idarə olunacaq: "Çünki Azərbaycan turizmi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət işçiləri də Azərbaycanın təbliğində, tanınmasında, turistlərin cəlb olunmasında, onlarla layihələrin həyata keçirilməsində fəaliyyətə davam edəcək. Bizim muzeylərdə, qoruqlarda, hər sahədə görülən işlər Azərbaycanı tanıtmağa, dərindən öyrənməyə imkan verir".