USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin ən varlı adamıdır

25.10.2018 İqtisadiyyat
0 0
Çinin ən varlı adamı "Alibaba" şirkətinin başçısı Cek Madır.

"Kommersant.az" xəbər verir ki, "Forbes"in tərtib etdiyi "Çinin ən zəngin adamları" adlı reytinqə əsasən, Cek Manın 34,6 milyard dollarlıq sərvəti var. Çinin ikinci ən zəngin adamı isə telekommunikasiya şirkəti olan "Tencent"in 46 yaşlı rəhbəri Ma Xuatendir-32,8 milyard dollar. Digər pillədə isə "Evergrande"ın rəhbəri Syuy Çzyain qərarlaşıb-30,8 milyard dollar.

"Forbes"in məlumatına görə, hər 3 zəngin çinlinin gəlirləri bu il azalıb. Cek Manın gəliri 2017-ci illə müqayisədə 4 milyard dollar, Ma Xuatenin gəliri 6,2 milyard dollar, Syuy Çzyainin gəliri isə 11,7 milyard dollar azalıb.

Qeyd edək ki, Çinin "Hurun" nəşri də bu ayın əvvəlində "Alibaba" rəhbərini ölkənin ən zəngin şəxsi seçmişdi-39 milyard dollar.