USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Marketoloqdan biznesmenlər üçün "5İ - Uğur düsturu" - YENİ KİTAB

25.10.2018 İqtisadiyyat
0 0
Arzu Qafarlının növbəti kitabı nəşr olunub.

Kitabın müəllifi, məşhur marketoloq Arzu Qafarlının "Kommersant.az"a verdiyi məlumata görə, yeni kitabı "5İ – uğur düsturu" adlanır və kitabdan yararlanan hər kəsi yaşadığı zamanı dəyərləndirməyə, vaxtın qədrini bilməyə çağırır.

Müəllif, şəxsi inkişaf və biznesdə uğur qazananların sirlərini kitab vasitəsilə oxuculara çatdırır. O, əzmkarlıq və böyük ruh yüksəkliyi sayəsində hər bir insanın uğur qazanacağına inanır.

Qeyd edək ki, bu, müəllifin şəxsi inkişaf və biznes sahəsində üçüncü kitabıdır. Nəşr böyük oxucu kütləsi üçün nəzərdə tutulub. "5İ-uğur düsturu" kitabı "TEAS Press" Nəşriyyat evi tərəfindən nəşr olunub və "Libraff" kitab mağazaları şəbəkəsi tərəfindən satışı həyata keçirilir.