USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter"in istifadəçiləri azaldı

26.10.2018 İqtisadiyyat
0 0
"Twitter"in aktiv istifadəçilərinin sayı azalıb.

"Kommersant.az" xəbər verir ki, şirkətin üçüncü rüb üzrə hesabatına əsasən, "Twitter"in gəlir və mənfəət artımı qeydə alınsa da, istifadəçilərinin sayında azalma müşahidə edilib. Mikrobloqlar xidmətinin istifadəçiləri 1 ayda 2-ci kvartalla müqayisədə 335 milyondan 326 milyona düşüb. 1 il əvvəl isə bu göstərici 330 milyon nəfər təşkil edib. Sosial şəbəkənin xidmətlərindən gündəlik istifadə edənlərin sayı isə bu il gözləniləndən də aşağı, 9% olub.

"Twitter"in gəlirləri isə 758 milyon dollar təşkil edib. Bu ötən ilin 3-cü kvartalı ilə müqayisədə 29% çoxdur. Şirkətin mənfəəti isə 106 milyon dollar olub. Ötən il şirkətin zərəri 21 milyon dollar təşkil edib.