Smartfonları ən tez şarj edən - CİHAZ

27.10.2018 İqtisadiyyat
0 0
Android-smartfonlar üçün ən tez şarj edən aparat təqdim edilib.

"Kommersant.az" xəbər verir ki, "Qualcomm", "Quick Charge 4+" adlı yeni nəsil texnologiya təqdim edib. Yeni texnologiya vasitəsilə enerji 3 axına bölünərək şarjın gücünü artırır. Beləliklə qurğu 15 dəqiqəyə 50% şarj alır. "Dual Charge", "Snapdragon 855" (yaxud 8150) çipi ilə işləyən smartfonlara daxil olan enerjini isə 3 axına bölərək, şarjın gücünü 32 vatta qədər artıra bilir.

"Xiaomi Mi Mix 3", artıq yeni texnologiya ilə təchiz olunub (18 vatt).