Gün ərzində Bakının Xətai rayonunun bir hissəsinə (Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə, Xocalı küçələri) içməli suyun veriliməsində fasilə olacaq.
"Azərsu" ASC-dən "Kommersant.az" a verilən məlumata görə, magistral kəmərdə qəza baş verdiyinə görə, adı çəkilən ərazilərə içməli suyun verilməsində fasilə yaranacaq.
Qeyd edək ki, bu ayın 26 -da Əhmədli qəsəbəsi ərazisində içəli suyun verilməsində bir neçə saatlıq fasilə yaranıb.