USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Donald Trumpın iflasları - SİYAHI

29.10.2018 İqtisadiyyat
0 0
Dünya iqtisadiyyatını qarışdıran Trumpın iqtisadiyyatla bağlı şəxsi uğursuzluqları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Donald Trump hər nə qədər karyerasında dönüş edərək hakimiyyətə gəlsə də, onun keçmişi haqda olan faktlar faktlığını qoruyur. Bu əksəriyyətə sirr deyil ki, Trump hakimiyyətə gələnə qədər yatırım etdiyi bütün biznesləri iflasa uğradıb. Sözügedən bizneslərin bəziləri ilə sizi tanış edirik:

1) "Tac Mahal" əyləncə mərkəzi (1991) – Mərkəzdə hotellər, idman zalları, restoranlar fəaliyyət göstərirdi. Layihənin maliyyə yatırımı 1 milyard dollar olub. Lakin bir müddət sonra mərkəz hesablanandan çox məsrəf tələb edib və təkcə özünü yox, Trumpı da iflasa uğradıb;

2) "Trump Hotels and Casino Resorts" adlı növbəti yatırım 1992-ci ildə həyata keçirilib. Lakin yenə də artan borclar mərkəzin fəaliyyətini dayandırıb;

3) "Trump Plaza" 2014-cü ildə Trumpın uğursuzluqla nəticələn və bağlanan növbəti biznes müəssisəsi olub. Plazanın bağlanması ilə 1 milyon insan işsiz qalıb.