USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter" laykdan imtina edir

30.10.2018 İqtisadiyyat
0 0
"Twitter" layk düyməsindən imtina edəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkət rəhbəri Cek Dorsi bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda istifadəçilərin postları qiymətləndirdiyi düymə ləğv ediləcək:

"Layk funksiyasını həyata keçirən ürək formasından xoşum gəlmir".

Qeyd edək ki, 2015-ci ilə qədər laykı seçilmişlər funksiyası əvəz edirdi, postun aşağısında isə ürək yerinə ulduz təsviri mövcud idi. Lakin hər iki bəyənmə formasının iş mexanizmi demək olar ki, eynidir.