USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həkimlərdən göz xəstəliyi ilə bağlı - MÜHÜM ÇAĞIRIŞ

31.10.2018 İqtisadiyyat
0 0
Göz həkimləri Uzman Dr. Şahin Novruzlu və Drş Rəhimə Poluxova valideynləri diqqətli olmağa çağırırlar.

"Kommersant.az" xəbər verir ki, onların sözlərinə görə, statistik olaraq hər 100 uşaqdan üçündə göz tənbəlliyinə rast gəlinir. Göz tənbəlliyi nə qədər erkən aşkarlanarsa müalicəsi də bir o qədər uğurlu olar. Müxtəlif elmi araşdırmalarda tənbəlliyin qalıcı müalicəsinin 10-12 yaşa qədər mümkün olduğu və müalicəyə nə qədər erkən yaşlarda başlanarsa, nəticənin də o qədər effektli olduğu göstərilib. Bu baxımdan, uşaqların gözlərində gözlə görünən bir patologiya olmasa belə, oftalmoloq müayinəsindən keçmələri tövsiyə olunur.

Həkimlər bildirirlər ki, ilk göz müayinəsi 6 ay - 1 yaş arası olunmalıdır. Əgər gözlərdə hər hansı bir qüsur aşkarlanmazsa 3-5 yaş arası və 7 yaşında təkrar göz muayinəsi lazımdır. Ambliopiya görüntünün gözdən beyinə tam şəffaf ötürülməməsi nəticəsində yaranır. Hər iki gözdən gələn görüntü beyində görmə mərkəzində birləşir. Hər hansı bir səbəblə bir gözdən beyinə gedən görüntü daha zəif olarsa həmin göz tənbəl qalır, digər gözün isə görmə mərkəzi normal inkişaf edir. Tənbəllik daha çox tək tərəfli olur, bəzi xəstəliklərdə isə hər iki göz də tənbəl qala bilir. Vaxtında eynək ehtiyacı təmin olunmayan tənbəl gözlər anatomik olaraq tam normal olur. Nəticədə, gözündə heç bir problem olmadığını düşündüyünüz gözlər belə tənbəl qala bilir. Tənbəlliyin günümüzdə düzgün eynəklə, qapama və pleoptik müalicə ilə aradan qaldırılması mümkündür.