USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

II Elizabet taxtdan gedir

31.10.2018 İqtisadiyyat
0 0
Çarlz Böyük Britaniya taxtına çıxa bilər.

"Kommersant.az" xəbər verir ki, kraliça II Elizabet tacını böyük oğluna verməyi planlaşdırır. Uels şahzadəsi Çarlz Böyük Britaniya taxtına çıxa bilər.

Bu barədə "Daily Mirror" qəzeti "Charles at 70: Thoughts, Hopes And Dreams" (Çarlz 70 yaşında: Düşüncələr, ümidlər və arzular) kitabına istinadla yazıb.

Bildirilir ki, II Elizabet 95 yaşında dövlət işlərindən uzaqlaşmağı planlaşdırır. O, vəliəhd şahzadəni naib təyin etmək istəyir. Beləliklə Çarlz, sözün əsl mənasında, kral ola bilər. Lakin II Elizabet formal olaraq ömrünün sonuna qədər öz xalqına xidmət edəcək.

Qeyd edək ki, Böyük Britaniya qanunlarına əsasən, kral naibi 21 yaşdan yuxarı krallıq vətəndaşı olmalı və ölkə ərazisində yaşamalıdır. II Elizabet 1952-ci ildə 25 yaşında monarx hüququna yiyələnib. O, 2015-ci ilin sentyabrında kraliça Viktoriyanın hakimiyyətdə qalma rekordunu yeniləyib. 2016-cı il oktyabrın 13-də Tailand kralı Pumipon Adulyadet vəfat etdikdən sonra hazırda sağ olan krallar arasında uzun müddət taxtda qalan monarx titulunu qazanmış II Elizabet 2018-ci il aprelin 21-də 92 yaşını qeyd edib.

  • Əvvəlki

    Kapitalın artırılması prosesi son mərhələdədir - "AccessBank"ın SƏDRİ

Digər xəbərlər