USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı oyuncaqları

02.11.2018 İqtisadiyyat
0 0
Milyonlarla dəyəri olan bu oyuncaqlara sərvət xərcləyənlər var.

"Kommersant.az" xəbər verir ki, sözsüz ki, hazırda keyfiyyətli oyuncaq almaq üçün böyük məbləğdə pul ödəmək lazımdır. Amma indi tanış olacağınız oyuncaqlara sahib olmaq üçün böyük məbləğ yox, sərvət ödəmək lazımdır.

1) "Lamborghini Aventador" maşını – 4,7 milyon dollar dəyərində olan oyuncaq həqiqi modelinin 8/1 ölçüsündə istehsal olunub. Oyuncağın hazırlanmasında platin, qızıl, brilliant kimi bahalı materiallardan istifadə olunub.

2) "Teddy" ayıcığı – "Louis Vuitton" brendindən geyindirilmiş ayıcığın qiyməti 2,1 milyon dollardır.

3) "Kubik Rubik" – 1,5 milyon dollara olan oyuncağın hazırlanmasında 1350 ədəd dəyərli daşdan istifadə olunub.

4) "Barbi" gəlinciyi – gəlincik brendinə çevrilən "Barbi"nin bu növü brend geyimdə geyindirilmiş, bahalı daş-qaşla bəzədilmiş və 300000 dollara satılmışdır. Onu da qeyd edək ki, əslində istehsalçıları gəlinciyi 600000 dollara satmağı planlaşdırmışdılar.