Maşının mühərrik nömrəsi "texpasporta" yazılmayanda nə olacaq?
Sürücü yenidən qeydiyyata getməli və təzə texniki pasport almalıdır. Amma bir çox avtomobillərin isə motoru nömrəsizdir və texniki pasportda da yazılmayıb.
Bunu etməyən sürücülər ziyana düşə bilər - XƏBƏRDARLIQ
Bu barədə DYP-yə müraciət edən Sahil usta bildirib ki, əgər motorun nömrəsi onun oğurlanmasının qarşısını almaq üçündürsə niyə bütün avtomobillərdə yoxdur? Yox əgər belə deyilsə o zaman nömrənin texniki pasporta yazılmasına nə lüzum var? Yəni, bu problem hansısa qaydada həll olunmalıdır. Ya ümumiyyətlə nömrə yazılmır, ya da hamısı üçün yazılmalıdır. O zaman isə minlərlə nömrəsiz motorlu avtomobil sürən sürücülər gərək mühəriki dəyişsin.
Polis "BMW"ləri satışa çıxarıldı - 5200 manatdan başlayır-FOTOLAR
"Kommersant.Az"ın məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, belə avtomobil yol polisi tərəfindən aşkar olunarsa cərimə meydançasına aparıla bilər. Bunun üçün hətta təhqiqat da aparılması mümkündür. Əgər sübut olunsa da ki, avtomobilin üzərindəki nömrəsiz mühərrik oğurluq deyil, o zaman heç bir problem olmayacaq. Belə hallar xüsusən texniki pasportda mühərrikin nömrəsi yazılan, lakın baxış zamanı mühərrikin nömrəsiz olduğu aşkarlanan avtomobillərlə bağlı baş verir. Lakin əvvəlvədən DYP-də nömrəsiz mühərriki qeydə aldırıb texniki pasportda da mühərrikin nömrəsiz olduğunu qeyd etdirən sürücülər hər hansı problemlə üzləşməyəcək.