USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnternetdə növbəti fırıldaq

07.11.2018 İqtisadiyyat
0 0
Elektron formada həyata keçirdiyiniz əməliyyatlarda ehtiyatlı davranmağınız məsləhət görülür.

"Kommersant.az" xəbər verir ki, internet vasitəsilə baş verən fırıldaqçılıq hallarının sayı hər gün durmadan artır. Bu hal xüsusilə Türkiyədə kütləvi hal alıb. İndi isə hədəf xaricə getmək istəyən vətəndaşlardır.

Belə ki, Türkiyəyə viza tətbiq edən ölkələrin səlahiyyətləndirdiyi şirkətlərin adından özlərini təqdim edən fırıldaqçılar vətəndaşların həm pulunu, həm də şəxsi məlumatlarını mənimsəyir. Bu səbəbdən də internet vasitəsilə viza üçün müraciət edənlər daha diqqətli olmalıdır.