USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəhrəbalı hamam istifadəyə verildi

09.11.2018 İqtisadiyyat
0 0
Litvada kəhrəba ilə bəzədilmiş dünyanın ilk hamamı istifadəyə verilib.

"Kommersant.az" xəbər verir ki, divarları, tavanı kəhrəba daşı ilə örtülü hamam 15 nəfər üçün nəzərdə tutulub. 22 kvadratmetr əraziyə malik otaq üçün 3 ton qiymətli daş istifadə edilib. Hamamın temperaturu 45-48 dərəcədə saxlanılır.

Məlumata görə, hamam sağlamlıq üçün də faydalıdır. Belə ki, bu cür spa-seansın stressi aradan qaldıraraq, insana rahatlıq gətirdiyi iddia olunur. Lakin mütəxəssislər orada 1 saatdan artıq vaxt keçirməyi məsləhət görmür.

Kəhrəbalı hamamın xidmətindən istifadə isə 14 avrodur (27 manat).