Alış-verişdə ödənilmiş məbləğin bir hissəsi qaytarılacaq - ŞAD XƏBƏR

13.11.2018 İqtisadiyyat
Ölkəmizdə vergidən yayınmaq hallarının qarşısını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir.

"Kommersant.az" xəbər verir ki, ölkəmizdə nağdsız ödənişlərdən istifadəni genişləndirmək, eləcə də vergidən yayınmaq hallarının qarşsını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi vətəndaşa qaytarılacaq.

Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək. İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alışverişin çeki tələb edilməlidir.

İqtisadçının sözlərinə görə, geri ödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

Rəşad Həsənov deyir ki, dəyişikliklərin ticarət və ictimai iaşə obyektlərinə ciddi təsiri olmayacaq. Çünki geri ödəmələrin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır.