İşdən çıxarılan nazir muavini kimdir?

13.11.2018 İqtisadiyyat
İlqar Elxan oğlu Rəhimov 7 fevral 1964-cü ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisadçıdır.

"Kommersant.az" xəbər verir ki, 1993-cü ildən bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan İlqar Rəhimov, 1993-1999-cu illərdə nazir müavini vəzifəsində çalışıb. 1997 -ci ildən "YAP"a üzv olan İ.Rəhimov 2 ildən sonra nazirin birinci muavini vəzifəsinə təyin edilib. 1999-2004-cü illərdə nazirin birinci müavini, 2004 -cü ildən bu günədək nazir muavini vəzifəsində çalışıb.

Qeyd edək ki, İ.Rəhimov 1996-cı ildən Milli Paralimpiya Komitəsinin prezidentidir.

  • Əvvəlki

    Bu gecənin hava proqnozu açıqlandı

Digər xəbərlər