USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda məktəblər pullu olacaq

14.11.2018 İqtisadiyyat
0 0
Azərbaycanda bəzi məktəblərə təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ verilib.

"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edib.

Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur. Lakin dövlət məktəblərinin dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ yox idi.

Nizamnaməyə edilən yeni dəyişikliyə əsasən isə "Təhsil haqqında" qanuna uyğun olaraq, dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.

Digər dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Nizamnaməyə edilən yeni əlavəyə əsasən, ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.

Bununla yanaşı, ümumtəhsil məktəblərində "Təhsil haqqında" qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur.

trend

  • Əvvəlki

    İstanbul-Bakı aviareysində problem

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0