19 milyonu olan şəxs bank soydu

17.11.2018 İqtisadiyyat
ABŞ-da 20 il əvvəl oynadığı lotereyadan 19 milyon dollar qazanan adam pulunun hamısını itirib.

"Kommersant.az" xəbər verir ki, ABŞ-da 20 il əvvəl oynadığı lotereyadan 19 milyon dollar qazanan adam pis vərdişləri səbəbindən pulunun hamısını itirib.

Pulsuz qaldığı üçün bank soyan Cim adlı adam polis briqadaları tərəfindən yaxalanaraq həbs olunub.

Kaliforniyada yaşayan və oynadığı lotereya ilə həyatı dəyişən Cim lüks bir həyat yaşamağa başlayandan sonra narkomana çevrilib.

Bundan sonra 10 dəfə bank qarəti edən keçmiş milyoner polis tərəfindən tərk edilmiş bir qarajda yaxalanıb.

Səkkiz ay həbsdə qalan adam həbsxanada yatmağın çox çətin olduğunu, amma həbs sayəsində narkotik asılılığından xilas olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib.

Moderator