Azərbaycan 100 min tona yaxın xurma ixrac edib

20.11.2018 İqtisadiyyat
Azərbaycan bu ilin sentyabr, oktyabr və noyabr aylarında 80-90 min ton xurma ixrac edib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiyanın xurmaya olan tələbatının 75-80%-ni Azərbaycan ödəyir.

"Bununla yanaşı, Ukrayna və Belorusa da xurma ixrac edirik", - deyə sədr qeyd edib.

report