USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakcell"dən gözlənilməz addım

30.11.2018 İqtisadiyyat
0 0
Mövzumuz yenə müştərilərini heç bir halda razı sala bilməyən mobil operatorlardır. Bu dəfə sizə şad xəbərimiz var. Özü də ölkənin ilk mobil operatoru olan “Bakcell”dən.

"Kommersant.az" xəbər verir ki, vətəndaşların mobil operatorların qanunsuz şəkildə balansdan tutuluşlar etməsi ilə bağlı şikayətlərindən yəqin hamı xəbərdardır. "Bakcell"in isə məsələyə münasibəti göstərdi ki, müştəriləri haqlı olduğu halda operator "haqlıya haqqını ödəyir".

Belə ki, "Bakcell" istifadəçisi bir qədər əvvəl hesabından pul tutulması və icazəsiz halda xüsusi kampaniyaya abunə olunması ilə bağlı şirkətə şikayət edib. Məsələni araşdıran operator bir müddət sonra istifadəçinin səhvən silinmiş 6,00 manatını balansına geri yükləyib. Bununla da müştərilərinin etimadını bir daha doğrultmuş olub.

  • Əvvəlki

    Vergilər Məcəlləsinə dəyişikliklər edildi - YENİ QAYDALAR

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0