USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Sosial Müdafiə Fondunda yoxlama aparılır

14.05.2018 İqtisadiyyat
0 0
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir

"Kommersant.Az" xəbər verir ki, Hesablama Palatasından bildirib ki, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı"na uyğun olaraq həyata keçirilir", - deyə məlumatda vurğulanıb.

Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.

  • Əvvəlki

    Mərkəzi Bank not satıb manat kütləsini yığacaq

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0