Socara aid 2 şirkətin Azərbaycanda filialı yaradılıb

15.05.2018 Energetika
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Abşeron” qaz-kondensat və “Qarabağ” neft-qaz yataqlarının istismarı üçün xarici tərəfdaşlarla birgə təsis etdiyi 2 şirkətin Azərbaycanda filialları yaradılıb.

Vergilər Nazirliyi aprelin 25-də “SOCAR Absheron” və “SOCAR Karabakh” şirkətlərinin Azərbaycanda filiallarını dövlət qeydiyyatına alıb.

Hər iki filial SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib. Filiallara SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev rəhbərlik edir.

  • Əvvəlki

    "ASAN Viza" vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib

Digər xəbərlər