Dünya birjalarında NEFTİN QİYMƏTİ

16.05.2018 Energetika
Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb

“Kommersant.Az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,16 dollar və ya 0,22% ucuzlaşaraq 71,15 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,18 dollar və ya 0,23% enərək 78,25 dollar olub.