Azərbaycanda avtomobil benzini və dizel yanacağının istehsalı artıb

16.05.2018 Energetika
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 mln. manat olub.

Kommersant.Az”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu isə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3% çoxdur.

Hesabat dövründə ölkədə 414,4 min ton avtomobil benzini istehsal edilib. Bu isə illik müqayisədə 0,1% çoxdur.

İlin dörd ayında Azərbaycanda 73,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 667,8 min ton dizel yanacağı, 14 min ton sürtkü yağları, 85,1 min ton neft bitumu, 88,1 min ton neft koksu istehsal olunub. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,8%, dizel yanacağının istehsalı 6,8%, sürtkü yağlarının istehsalı 91,8%, neft bitumunun istehsalı 2,1 dəfə, neft koksunun istehsalı isə 45,9% artıb.

Yanvar-aprel ayları ərzində Azərbaycanda 191,6 min ton ağ neft, 23,5 min ton yanacaq mazutu isrtehsal olunub ki, ağ neftin istehsalında 4,1%, yanacaq mazutunun istehsalında 89,8% azalma qeydə alınıb.

  • Əvvəlki

    Bu ilin 4 ayında dövlət büdcəsi 654 mln. manatlıq profisitlə icra olunub

Digər xəbərlər