USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BTC kəməri ilə 417 milyon tondan çox neft nəql olunub

14.02.2019 İqtisadiyyat
0 0
BP-dən verilən məlumata görə, 2018-ci ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 116 milyon dollar, əsaslı xərclərə isə təqribən 41 milyon dollar xərclənib.

BTC boru kəməri 2006- cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox (təqribən 255 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 327 tankerə yüklənib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG neftini və "Şahdəniz" kondensatını daşıyır.

Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. BTC Ko.-nun səhmdarları BP (30,10 faiz); AzBTC (25,00 faiz); Şevron (8,90 faiz); Ekvinor (8,71 faiz); TPAO (6,53 faiz); Eni (5,00 faiz); Total (5,00 faiz), İTOÇU (3,40 faiz); İNPEKS (2,50 faiz), EksonMobil (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

  • Əvvəlki

    Dolların sabaha olan aqibəti

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0