USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

STAR üçün ilk neft iyunun sonunda Azərbaycandan nəql olunacaq

21.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodu üçün ilk xammal Azərbaycandan nəql ediləcək.

"Kommersant.Az" xəbər verir ki, bu barədə "STAR Rafineri A.Ş"nin baş direktoru Mesut İlter bildirib.

"STAR üçün ilk neft yükü bu il iyun ayının sonunda Azərbaycandan gətiriləcək. Bununla bağlı müqavilə də imzalanıb",- M.İlter deyib.

Baş direktor ilkin olaraq zavodun xam neft qurğusunun iyul ayının 3-cü həftəsində istismara veriləcəyini deyib. M.İlter hazırda zavodun fiziki işlərinin 99,1%-nin yerinə yetirildiyini, indiyədək zavod üçün 5,2 mlrd. dolların sərf edildiyini söyləyib.

"Zavod oktyabrın əvvəlində istismara veriləcək və ümumilikdə, xərclənən vəsaitin məbləği 6,3 mlrd. dollara çatacaq",- baş direktor diqqətə çatdırıb.

Qeyd edək ki, "STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevvə Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

  • Əvvəlki

    Hökumət sədrinin müavini: "Altay diyarı SOCAR ilə əməkdaşlıqda maraqlıdır"

Digər xəbərlər