USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın Türkiyəyə mart ayında satdığı qazın həcmi açıqlanıb

23.05.2018 İqtisadiyyat
0 0
Türkiyənin təbii qaz idxalı mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 4 milyard 725 milyon kubmetr olub.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) "2018-ci il mart ayı təbii qaz sektor hesabatı"na görə, ötən il mart ayında 5 milyard 81 milyon kubmetr təbii qaz idxal edildiyi halda, bu ilin eyni ayında idxal 7% azalaraq 4 milyard 725 milyon kubmetrə enib.

Bu ilin mart ayında ən çox təbii qaz 2 milyard 448 milyon kubmetr həcmində olmaqla Rusiyadan alınıb. İkinci yerdə 739 milyon kubmetrlə İran gəlir. Azərbaycandan alınan qazın həcmi isə 591 milyon kubmetr olub.

İdxalın 3 milyard 779 milyon kubmetri boru xətləri ilə, 946 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz vasitələri ilə reallaşdırılıb.

  • Əvvəlki

    Türkiyənin iqtisadiyyat nazirindən dollar açıqlaması

Digər xəbərlər