USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-a verilən səmt qazının həcmini 5% azaldıb

13.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,2 mln. kubmetr səmt qazı verib.

"BP-Azerbaijan" şirkəti xəbər verir ki, ümumilikdə hesabat dövründə SOCAR-a 0,5 mlrd. kubmetr səmt qazı verilib.

Bu ilin I rübündə SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 4,76% az olub.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci il sentyabrın 14-də "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil")- 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

  • Əvvəlki

    Yeni smart avtobuslar istifadəyə verilib

Digər xəbərlər