Səngəçal terminalından bu qədər neft və kondensat ixrac edilib

13.05.2019 Energetika
Bu ilin I rübü ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 69 mln. bareldən çox neft və kondensat ixrac edilib.

Bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatına deyilir.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 mln. barel və ya 2,8% azdır.

Bu həcmin 61 mln. bareldən çoxu Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 8 mln. bareli Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac edilib. BTC ilə ötürülən neftin həcmi ötən ilin ilk rübü ilə müqayisədə 2 mln. barel və ya 3,2% azdır. Bakı-Supsa kəməri vasitəsilə nəql edilən neftin həcmi dəyişməyib.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 47 mln. standart kubmetr (təqribən, 1 656 mln. standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.

Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün, təqribən, 80 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik, təqribən, 100 mln. standart kubmetrdir.

Qaz terminaldan, əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

VTB