USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu valyuta satışını 11 faiz azaltdı

02.07.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 2 643,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
"Kommersant.az" xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% azdır. Bu ilin I yarısında valyuta satışının 315,9 mln. dolları iyun ayının payına düşüb. Bu isə ötən ilin iyun ayından 28% azdır. Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində 2 974,5 mln. dollar, iyun ayında isə 439 mln. dollar məbləğində vəsait satılıb.