USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

08.08.2019 İqtisadiyyat
0 0
Azərbaycan 2019-cu ilin mayında Türkiyəyə 769,90 milyon kubmetr qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə (601,30 milyon kubmetr) müqayisədə 28,04 faiz çoxdur.

2019-cu ilin may ayı ərzində Türkiyənin qaz idxalında Azərbaycanın payı 28,72 faiz təşkil edib. 2018-ci ilin mayında bu rəqəm 19,98 faizə bərabər olmuşdu.

Hesabata əsasən, Türkiyə bu ilin mayında 2,81 milyard kubmetr qaz idxal edib. Bunlardan 2,207 milyard kubmetri boru kəməri qazının, 473,19 milyon kubmetri mayeləşdirilmiş təbii qazın payına düşüb.

Qeyd edək ki, Tükiyə Azərbaycandan qazı Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir. Türkiyə müqaviləyə əsasən "Şahdəniz" yatağından ildə 6,6 milyard kubmetr qaz satın alır. (Trend.az)

  • Əvvəlki

    Borcu olanlara Nazirlikdən - ŞAD XƏBƏR

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0