“Azərişıq”da 1.5 milyonluq tender oyunu

08.08.2019 Energetika
"Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün bu il iyunun 27-də elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

“Kommersant.az” "Report"a istinadla xəbər verir ki, tenderin qalibi "Tikinti Təmir RR” MMC elan edilib.

Qalib şirkətə əlavə dəyər vergisi daxil olmaqla 1 549 307 manat pul ödəniləcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb.

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manat olan "Tikinti Təmir RR” bu il yanvarın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımovdur.

Cəmi 6 ay bundan yaranmış şirkətə 1.5 milyonluq tenderin verilməsi suallara səbəb olub.

  • Əvvəlki

    Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Digər xəbərlər

09.12.2019 Energetika
Neft yenidən ucuzlaşıb
0 0
07.12.2019 Energetika
Neft yenidən bahalaşıb - QİYMƏT
0 0
06.12.2019 Energetika
Qaz ucuzlaşıb
0 0
05.12.2019 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0
03.12.2019 Energetika
Neft Fondu valyutasatışını 1% azaldıb
0 0
03.12.2019 Energetika
"Azeri Light" nefti bahalaşıb
0 0