Azərbaycana işıq texnikası idxal olunacaq

02.06.2018 Energetika
Bakıda sentyabr ayında Barnaul işıq texnikası zavodunun (Rusiya Federasiyası, Altay diyarı) sərgi pavilyonunun açılışı planlaşdırılır.

"Kommersant.Az" xəbər verir ki, bununla bağlı razılıq Altay diyarının nümayəndə heyətinin mayın ortalarında Azərbaycana səfəri zamanı zavodun baş direktoru Yevgeni Şnitovla əldə olunub.

Pavilyon Altayda istehsal olunan işıq-diod sistemlərinin potensial istehlakçılara təqdim olunmasına imkan verəcək.

Azərbaycanda Barnaul zavodunun məhsullarına mühəndislik, layihələndirmə və aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən maraq göstərilir.