2020-ci ildə neft sənayesinin işçiləri iflas olacaqlar

30.12.2019 Energetika
Şist bumu iflas bumu ilə əvəz olunur – və bu hələ başlanğıcdır. İnvestorlar şist sektorunda maraqlı deyillər, ABŞ-ın enerji şirkətlərinin istiqrazları isə get-gedə öz aktuallığını itirirlər.

“Kommersant.az” xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə bir çox şirkət bu biznesdə öz səyahətini başa vurub. “Hayes and Boone’s” hüquq firmasının verdiyi məlumata görə, təkcə ilin ilk 9 ayında şist sektorunda iflas üçün 50 şirkət müraciət edib. Müqayisə üçün, keçən il bu rəqəm 43 olub.

Bir çox mütəxəssis bu böhranın gələn ildə sürətlənəcəyini gözləyir. Şist neft sahəsindəki böhran bir neçə amilin birləşməsi nəticəsində baş vermişdir. Bu, ucuz pul və investorların gələcəkdə şist neftinin istehsalının daha ucuz və səmərəli olacağına olan inamdır.

Nəticədə ABŞ dünyanın ən böyük neft istehsalçısına çevrildi, bu gün ölkədə sutkada 13 milyon barel neft istehsal olunur.

Bununla belə, artan təklif şəraitində qara qızılı qiymətləri sürətli artım göstərməyib. Və bir çox şirkət üçün bu qiymətlər zərərsiz səviyyədən aşağıdır.

İndi investorlar şist sektorundan üz döndərirlər və bunun bir neçə səbəbi var.

Şist sektorunun istiqrazları zibil statusuna malikdirlər. Emitentlər faiz ödəyə bilmirlər, bir çoxu isə artıq iflas edib. Üstəlik, yazda şirkətlər daha bir maliyyə mənbəyindən məhrum ola bilərlər – bank kreditləri. Kreditorlar birinci rübdən sonra kredit xəttini yenidən nəzərdə keçirəcəklər və analitiklər maliyyələşdirmənin kəskin azalacağını gözləyirlər.

Hətta “JPMorgan Chase” və “Capitol One Financial Corp” kimi böyük maliyyə qurumları şist sektorunda fəaliyyəti azaltmağı planlaşdırırlar. WSJ-in verdiyi məlumata görə, banklar qazmaçıların iflas etdiyi təqdirdə götürdükləri krediti ödəyə bilməyəcəyindən narahatdırlar.

Maliyyə təşkilatlarını qıcıqlandıran amillərdən biri də energetika sənayesindəki kütləvi ixtisarlardır. Buna misal olaraq “Chevron” və “Royal Dutch Shell” şirkətlərini göstərmək olar.

“Haynes & Boone” in qiymətləndirmələrinə görə, banklar bu sektor üçün kredit xəttini 10% ixtisar edə bilərlər, lakin bu orta göstəricidir. Daha ağır vəziyyətdə olan şirkətlər üçün ixtisarlar daha çox olacaq.