USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Belarus Azərbaycana neft alışı üçün müraciət edib

14.01.2020 İqtisadiyyat
0 0
Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı üçün təklif göndərib.

"Kommersant.az"ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin birinci müavini Dmitri Krutoy ölkə prezidenti ilə görüşdən sonra bildirib.

"Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları öyrənir. Biz müvafiq kommersiya təkliflərini göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti demək olar ki, hər gün danışıqlar aparır. Düşünürəm ki, burada da tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq".

Onun sözlərinə görə, Azərbaycan, Ukrayna, Polşa, Qazaxıstan və Baltikyanı ölkələrə təkliflər göndərilib: "Biz indi bu məsələ ilə məşğuluq",- o əlavə edib.

D. Krutoy həmçinin bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir.

Report

  • Əvvəlki

    Milli Məclisin deputatlarına 2452 manat məbləğində əməkhaqqı və müavinət verilir

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0