USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftə tələbat azalır - Qiymətlərə necə təsir edəcək?

11.02.2020 İqtisadiyyat
0 0
“Morgan Stanley” investisiya bankının analitikləri dəmir yolu və hava nəqliyyatı ilə sərnişin daşınması 60-70% azalmasına səbəb olan yeni koronavirusun yayılması səbəbindən neftin qiymətlərini və tələbat proqnozlarını azaldıb.

"Kommersant.az" xəbər verir ki, bankın qiymətləndirməsinə əsasən, 2020-ci ildə dünya bazarında neftin həddindən artıq artımı gündəlik olaraq 300 min barel təşkil edəcək. Neft tələbatına dair proqnoz 15% azalaraq 850 min barelə qədər azaldılıb.

Hazırda ekspertlər ümid edirlər ki, birinci rübdə "Brent" markalı neftin bir barel üçün orta hesabla qiyməti əvvəlki 65,7 dollar/barel nisbətdə 55 dollar/barelə çatacaq. İkinci rübdə neftin bir barelinin qiyməti daha əvvəlki 65 ABŞ dolları proqnozuna qarşı 57 dollar/barel olacaq.

WTI markalı neft üçün isə qiymətləndirmə belədir ki, bir barrel üçün əvvəlki proqnozlaşdırılmış 62 dollar/barel əvəzinə 50 dollar/barel və əvvəlki proqnozlaşdırılmış 60 dollar/bareldən 52,5 dollar/barelə düşürdüıüb.

"Biz OPEC+ iştirakçılarının hazırkı razılaşma sazişinin 2020-ci ilin sonuna qədər uzadacağını gözləyirik, həmçinin, ilin birinci yarısının qalan hissəsi üçün əlavə 600 min barel azalma elan edəcəyini gözləyirik", - deyə "Bloomberg" agentliyi "Morgan Stanley" hesabatına istinadən yazır.

Analitiklər güman edirlər ki, Braziliya, Norveç, Qayana və Kanadada istehsalın artacağını düşünürlər. Bu isə o deməkdir ki, qeyri-OPEK-ə daxil ölkələrdən tədarüklər 2020-ci ildə təxminən 1,9 milyon barel artacaq. /Report

  • Əvvəlki

    Mübariz Mənsimova cinayət işi açıldı:"Bu şərəfsizliyi düşmən də etməz"

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0