USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Biz SOCAR-la işləməyi səbirsizliklə gözləyirdik"

07.06.2018 İqtisadiyyat
0 0
“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Kanadanın “Coreworx Inc.” (“Coreworx”) şirkəti ilə proqram təminatı üzrə uzunmüddətli müqavilə imzalayıb.

Bu barədə "Coreworx" məlumat yayıb. Bildirilir ki, müqavilə üzrə STEAŞ "Coreworx"a öz idarəetmə proqramından istifadə etmək üçün lisenziya almaq hüququ verir. Bu proqram STEAŞ-ın layihə müqavilələri və əlaqədar risklərin planlaşdırılması mərhələsindən layihənin yekununa qədər idarəetmə imkan verəcək.

STEAŞ-ın təchizat üzrə direktoru Egbert Wijnen-Riems deyib: "Müqavilələr hər hansı bir layihənin kommersiya uğuru üçün əsasdır. "Coreworx" layihələr üzrə xüsusi həllər, komanda üzvlərinin müqavilə siyasəti və öhdəliklərinin uyğun olmasını təmin edəcək. Həmçinin bu bizə əlaqədar riskləri idarə etmək üçün daha yüksəksəviyyəli fikir formalaşdırmağa kömək edəcək".

"Coreworx" şirkətinin baş icraçı direktoru John Gillberry bildirib: "Biz SOCAR-la işləməyi səbirsizliklə gözləyirdik və onların kommersiya uğurlarına töhfə vermək niyyətindəyik".

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.

  • Əvvəlki

    Türkiyə Mərkəzi Bankı faizi kəskin artırdı - LİRƏ BAHALAŞIR

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0