USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəsmi Bakı neft qiymətləriylə bağlı OPEC+ iclasının tarixini açıqladı

03.04.2020 İqtisadiyyat
0 0
Azərbaycan Energetika Nazirliyi OPEC+ ölkələrinin təcili iclasının aprelin 6-na təyin olunduğunu bildirib. Tədbir videokonfrans rejimində keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, konfransda yeni əməkdaşlıq bəyannaməsinin müzakirəsi planlaşdırılır. Videokonfransda bütün format nazirləri iştirak etməlidirlər.

Bundan əvvəl, OPEC-in qarşıdakı OPEC+ toplantısı ilə əlaqədar olaraq neft istehsal edən ölkələrə müraciət hazırladığı bildirilmişdi. Güman ki, neft bazarının sabitləşməsi müzakirə ediləcək.

Hər şey hələ ki danışıqlar mərhələsində davam edir. Mümkün görüşün təfərrüatları müzakirə olunur.

  • Əvvəlki

    Prezident yerüstü piyada keçidinin açılışında iştirak edib

Digər xəbərlər