Azərbaycanda bu ilin yanvar-aprel aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 041,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artıb.
Dövlət Statistika Komitəsində verilən məlumata görə, neft məhsullarından neft bitumunun istehsalı 61,2%, sürtgü yağlarının istehsalı 61,1%, yanacaq mazutunun istehsalı 13,6%, dizel yanacağının istehsalı 7,4%, avtomobil benzininin istehsalı 2,1% artıb.
Məlumata əsasən, hesabat dövrü ölkədə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5%, ağ neftin istehsalı 5,1%, neft koksunun istehsalı isə 6% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri
2020-ci ilin yanvar-aprel aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
Avtomobil benzini, min ton
406,1
102,1
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton