USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada neft hasilatı artır

13.06.2018 İqtisadiyyat
0 0
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Neft Bazarı Hesabatına görə, 2018-ci ilin May ayında qlobal neft hasilatı Aprel ayı ilə müqayisədə gündəlik 270 min barrel artaraq 97 milyon 860 min barel olub.

"Kommersant" hesabata istinadən xəbər verir ki, Mayda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 100 min barel artımla 59 milyon 750 min barrelə çatıb.

OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ayla müqayisədə gündəlik 35 min barrel artaraq 31 milyon 870 min barel təşkil edib. OPEC-in mayda qlobal neft hasilatındakı payı 32,6 faiz olub.

Keçən ay OPEC daxilində xam neft hasilatını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Ölkədə gündəlik hasilat 85 min 500 barrel artaraq 9 milyon 987 min barelə yüksəlib.

Mayda OPEC-in hasilatında ən böyük azalma Nigeriyada baş verib. Ölkədə gündəlik hasilat 53 min 500 barrel azalaraq 1 milyon 711 min barrelə enib.

NEFTDƏ QLOBAL TƏLƏBAT

OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 650 min barel artımla gündəlik 98 milyon 850 min barelə çatacaq.

OPEC ölkələrinin builki xam neft tələbinin isə ötən illə müqayisədə 300 min barrel azalaraq 32 milyon 700 min barelə düşəcəyi ehtimal edilir.

Bu il OPEC xaricindəki ölkələrin neft hasilatı isə keçən illə müqayisədə gündəlik 1 milyon 860 min barel artımla 59 milyon 750 min barel təşkil edəcək.

  • Əvvəlki

    Malayziya borclarını ödəmək üçün Yaponiyadan kredit istədi

Digər xəbərlər