USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Neftin kəskin ucuzlaşması müəyyən kəsirlərə səbəb olacaq”

19.06.2020 İqtisadiyyat
0 0
“Bu il Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 ABŞ dollar nəzərdə tutulsa da, aprel-may aylarında qiymət bundan aşağı olub".

Bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Qiymət tədricən bərpa olunsa da, müvəqqəti ucuzlaşma şübhəsiz ki, müəyyən kəsirlərə səbəb olacaq. Koronavirus (COVID-19) pandemiyas; nəticəsində iqtisadi fəallıq, o cümlədən investisiya qoyuluşu üzrə fəallıq zəifləyib. Bunun nəticəsində qeyri-neft sektorundan vergi daxilolmalarının azalması gözlənilir. Azalma daha çox ilin II yarısına təsadüf edəcək", - deyə nazir qeyd edib.

Report

  • Əvvəlki

    Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri

Digər xəbərlər